Rusiya Ermənistana 100 milyon dollar hərbi kredit ayırdı


12:16     13 Noyabr 2018 18_11_13_1542097065.jpg


Ermənistan Rusiya ilə 100 milyon dollarlıq hərbi kredit sazişi imzalayıb. Femida.az xəbər verir ki, Ermənistan Müdafiə Naziri David Tonoyan mətbuat konfransında çıxış edərkən bu barədə məlumat verib:

“Anlaşma imzalamışıq. Tədarük mövzusunda isə hələ danışıqlar gedir. Ermənistanın Rusiyadan satın alacağı silahların istehsalı müəyyən qədər tamamlanıb. Müdafiə sahəsini gücləndirmək üçün yeni kreditlər axtarışındayıq. Ehtimalları nəzərdən keçiririk”.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi 2019-cu il büdcəsindən hərbi kreditlərin ödənilməsi üçün cəmi 92 milyon dollar ayırmağı nəzərdə tutub.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #siyasət   #Tonoyan   #hərbi  

Oxunub: 2026