Roma papalarının cinsiyyəti niyə yoxlanılır? - Tarixə damğa vuran ŞOK HADİSƏ (VİDEO)


12:37     13 Noyabr 2018 2018/11/a68ad284-ff3b-44c0-9f0f-485dad8ff701_1542098335.jpg

Romada hakimiyyətə gəlmək istəyən papaların cinsiyyəti yoxlanılır.



Femida.az xəbər verir ki, buna səbəb bütün katolik dünyasını aldadan bir qadının, özünü kişi kimi qələmə verərək roma papası olmasıdır. O, 8-ci Yohan adı ilə 2 il yarım sirrini saxlaya və xristian dünyasını yönəldə bilib.

Bu tarixi hadisəni Vatikan əsrlərdir ki, ört-basdır etməyə çalışıb. Müasir dövrümüzdə də bu mövzuda yazılan kitabların satışı qeyri-rəsmi formada qadağan olunub. Bu hadisədən sonra seçkilər əsnasında papaların cinsiyyəti yoxlanılmağa başlanılıb.




Bu rüsvayçı olayı Vatikanın üzqarası adlandırırlar. Katoliklərin tarixdən tamamilə silməyə çalışdıqları hadisə qadın papa Yohanla bağlıdır. Katolik kilsəsini yüz illərdir ki, narahat edən bu hekayənin baş qəhrəmanı IX əsrdə Almaniyada dindar bir ailənin övladlığa götürdüyü ingilis qızıdır. Yaxınları onu Gilberta, yaxud, Yutta deyə çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan, qadın olmasının özünə çatışmazlıq yaratdığını düşünərdi. 12 yaşına çatanda isə kişi paltarları geyməyə və kişi kimi davranmağa başladı. Yohan sonrakı illərdə xristian missionerlərinə qoşularaq bu dinin tarixini və fəlsəfəsini öyrənmək üçün Afinaya gedir. Din tarixini, fəlsəfəni, qədim xristianlıq mətnlərini dərindən öyrənir. Lakin Afinada missionerlərdən tələb olunan saqqal qadağası onu bu şəhəri tərk etmək məcburiyyətində qoyur. O, saqqalı taraş etmək qanunu olan bir şəhərə Romaya gedir. Adını dəyişərək Con Angelos qoyur. Özünün qadın olmaq sirrini ustalıqla qoruyaraq şəhərin ən böyük monastrlarından birinə qəbul edilir. Dərin zəkası və bilgisi hesabına xrsitian alimləri, keşişləri, bu dinin yüksək çinli rəhbərləri tərəfindən böyük ehtiram qazanır. Bu nüfuz o həddə çatır ki, 853-cü ildə Roma papası Leon öləndən sonra kilsəyə məxsus adam olmamasına baxmayaraq Yohanı papalıq taxtına ən yaxşı namizəd kimi görürlər. O, 853-cü ildə papa seçilir. 2 il, 5 ay 4 gün bu taxtda əyləşir. Lakin onu seçən heyət bilmirdilər ki, bu zaman papalıq tarixinin ən böyük qüsuruna yol veriblər. Çünki hələ də Yohanın qadın olduğunu bilməmişdilər.

Sirrin üzə çıxması

Əvvəlcə onu deyək ki, iki ildən sonra Yohanın sirri üzə çıxanda kilsə dəçət içində hər şeyi tamamilə məhv etməyə çalışdı. Onun adını tarixdən birdəfəlik silməyə başladılar. Qadın papanın adını çəkmək belə yasaq idi. Lakin xristianlığın gizlinlərini bilən bəzi keşişlərdə bu sirr çox yaşamadı. XI əsrdə Martines adlı rahib özünün “Papaların və imperatorların tarixi” adlı əsərində həmin hadisəni təfərrüatına qədər yazdı.
Bu sirr çox qəribə şəkildə hamıya bəyan olur. Belə ki, rahiblərdən biri ilə gizli eşq yaşayan qadın papa ondan uşağa qalır. Enli geyimlərinin hesabına öz hamiləliyini gizlədə bilir. Uşaq olandan sonra isə onu dünyaya gətirib kilsənin nəzdində saxlanılan kimsəsiz uşaqlardan biri kimi qələmə vermək istəyirdi. Amma bu kələk baş tutmur. Yohan kütlə içərisində olan zaman doğuş sancıları başlayır və elə oaradaca övladını dünyaya gətirir. İnsanlar sadəcə olaraq dəhşətə gəlmişdilər. Bəziləri gözlərinə inanmır, özünü ələ alan bəziləri isə papanın qadın olduğunu öyrənir. Tarixi mənbələrdə yazılanlara görə, yeni doğulan uşaq və Yohan elə oradaca öldürülür. Bəzi mənbələrdə isə uşağın parça-parça edildiyi, Yohanın isə atlara balanaraq tikələrə bölündüyü yazılır. Yohan və uşağının öldüyü yerdə kinayə ilə “uşaq doğuran papa” sözləri yazılır və ora ana ”“uşaq rəsmi qoyulur. XVI əsrə qədər həmin lövhə orada qalır. XVI əsrdə hakimiyyətə gələn papalardan biri Yohanın izini tam itirmək məqsədilə lövhəni oradan yox etdirir və onun adını papaların siyahısından sildirir. Adətə görə, bu gün də Roma papaları şəhərə çıxarkən Yohanın öldürüldüyü küçədən geri dönürlər. Bu da ona olan nifrətin göstəricisidir.

Qeyd edək ki, həmin hadisədən sonra katoliklərin başına keçəcək papanın cinsinin yoxlanması fərziyyəsi də var. Yohandan sonra papaları ciddi şəkildə fiziki yoxlanışdan keçirirdilər...
Vatikan kilsəsi bu üzüqara olayı dünyaya tanıtdıran tarxiçiləri bağışlaya bilmir.

Açar sözlər: #Roma_papası   #Video   #maraqlı  

Oxunub: 4377