Axtarışda olan şəxs Türkiyədə saxlanıldı


13:07     13 Noyabr 2018 publika.az1445323482hebs.jpg

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılaraq ekstradisiya edilib.


DİN-dən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Haldun Hacıyev Türkiyədə saxlanılıb və ekstradisiya edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 405