Narazı şəhid ailələri yenidən toplaşdı - Nazir onlarla görüşüb


13:46     13 Noyabr 2018 2018/05/sahil_1525182284.jpg

Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsə bu gün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb.



Bu barədə Femida.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

F.Talıbov qeyd edib ki, həmin şikayətçilər nazir Sahil Babayev tərəfindən qəbul olunub:

“Onlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olundu. Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirildi”.

Femida.az

Açar sözlər:

Oxunub: 874