Azərbaycana girişinə müvəqqəti qadağa qoyulan şəxslərlə bağlı açıqlama

Azərbaycana girişinə müvəqqəti qadağa qoyulan şəxslərlə bağlı açıqlama


14:14     13 Noyabr 2018 vusal%20huseynov.jpg

Ölkəyə girişi qanunvericiliyə uyğun olaraq müəyyən müddətə məhdudlaşdırılan şəxslərlə bağlı səhifəmə edilən çoxsaylı oxşar müraciətlərlə bağlı bunların nəzərə alınmasını xahiş edirəm. Belə müraciətlərin baxılması müəyyən hüquqi prosedur və araşdırma tələb etdiyi üçün rəsmi qaydada Dövlət Miqrasiya Xidmətinə ünvanlanmalıdır. Belə müraciətlər ya şəxsin özü, ya da onun nümayəndəsi və ya müdafiəçisi tərəfindən edilməlidir. Bu səbəblərə görə belə müraciətləri cavabsız saxlayıram, üzürlü hesab edilməsini xahiş edirəm.


Femida.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Facebook sosial şəbəkəsindəki profilində qeyd edib.

DMX rəisi müraciət edərkən xüsusən bununla bağlı 4 ay bundan əvvəl Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikləri də nəzərə alınmasını istəyib: "Məhdudiyyətlərlə bağlı məsələlərə də aidiyyəti olan qanunvericiliyə edilən dəyişikliklər 14 iyul 2018-ci il tarixində qüvvəyə minmişdir. Qanunun geriyə qüvvəsinin tətbiqi ilə əlaqədar bildirmək istəyirəm ki, əgər 14 iyul tarixindən əvvəl qeyd edilən məsələ ilə bağlı müraciət edib müsbət cavab ala bilməmisinizsə, eyni məsələ ilə bağlı təkrar müraciətinizə qanunvericilikdə edilən dəyişikliklə əlaqədar olaraq fərqli yanaşıla bilər.

Ancaq qeyd edilən məsələ ilə bağlı 14 iyul tarixindən sonra müraciət etmisinizsə, həmin tarixdən sonra müvafiq müraciətə baxılması ilə bağlı qanunvericiliyə hər hansı dəyişiklik edilmədiyini nəzərə almağınızı xahiş edirəm".

V.Hüseynov əlavə edib ki, hər bir halda bütün müraciətlərə baxılır və cavablandırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 205