Nazirliyə 185 müraciət daxil oldu - 182-i həll edildi

Nazirliyə 185 müraciət daxil oldu - 182-i həll edildi


14:33     13 Noyabr 2018 18_11_13_1542105323.jpg


2018-ci ilin oktyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 185 müraciət daxil olub.

Femida.az xəbər verir ki, bunlardan 182 müraciətin icrası təmin edilib, 3 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

2018-ci ilin oktyabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 2550,02 kVt güc sifariş edilib və 510453,3 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyət göstərdiyi 6 ay ərzində “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərindəki Texniki Şuralara sahibkarlar tərəfindən 909 müraciət daxil olub. Ümumilikdə isə 2018-ci ilin 10 ayı üzrə Texniki Şuralar vasitəsilə 1782 müraciətə baxılıb.

2017-ci ilin may ayından fəaliyyətə başlayan Texniki Şuralarda bu günədək 2389 müraciət qeydə alınıb.

Femida.az

Açar sözlər: energetika  

Oxunub: 185