Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib -VİDEO

Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib -VİDEO


15:36     13 Noyabr 2018 2018/11/n4_1542109060.jpg

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.


Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən bildirilib.

İdarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.





Femida.az

Açar sözlər: #ordu   #Naxçıvan   #Müdafiə_Nazirliyi  

Oxunub: 776