Azarkeşləri “Qarabağ”ı cərimələtdi

Azarkeşləri “Qarabağ”ı cərimələtdi


18:45     13 Noyabr 2018 qarabaggg.jpg

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.


Femida.az xəbər verir ki, Topaz Premyer Liqanın 11-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Topaz Premyer Liqasının XI turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının XI turunun “Sumqayıt” – “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.

Femida.az

Açar sözlər:

Oxunub: 192