Ən çox pambıq yığan rayonlar - SİYAHI

Ən çox pambıq yığan rayonlar - SİYAHI


17:01     13 Noyabr 2018 pambiqciliq.jpg

Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib.



Bu barədə Femida.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlik Dövlət Statistika Komitəsinin məlumatına görə bildirib ki, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.



Ən çox pambıq tədarük edən beş rayonun sırasına Saatlı (15 min 815 hektardan 27 min 575 ton), Bərdə (9 min 630 hektardan 22 min 544 ton), Ağcabədi (10 min hektardan 21 min 541 ton), Biləsuvar (12 min hektardan 19 min 900 ton) və Beyləqan (9 min 560 hektardan 19 min 615 ton) daxildir. Məhsul yığımı davam edir.

Qeyd edək ki, 2018-ci ildə 22 rayonda 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 218