Yanğın baş verən məktəbdə dərslər təxirə salınıb


17:10     13 Noyabr 2018 2018/11/fhn-yangin1_1542114751.jpg

Bu gün Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın baş verib.



Qeyd edək ki, binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıb.

Füzuli Rayon Təhsil Şöbəsindən Femida.az-a verilən məlumata görə, yanğın səhərə yaxın baş verdiyindən məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb binasında olmayıblar. Hazırda məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 426


Oxşar xəbərlər