Bakıda elektrik stansiyasında yanğın - 2-ci dərəcəli çağırış edildi (VİDEO)

Bakıda elektrik stansiyasında yanğın - 2-ci dərəcəli çağırış edildi (VİDEO)


17:32     13 Noyabr 2018 18_11_13_1542116189.jpg

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Femida.az-a məlumat verilib.

Bildirilib ki, yanğın stansiyanın özündə baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.

Hadisə ilə bağlı 2-ci dərəcəli yanğın çağırışı edilib.

Xəzər rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, artıq yanğın söndürülüb.

Hadisə transformatorlardan birində qəza baş verməsi nəticəsində olub.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev oxu.az-a bildirib ki, yanğın artıq söndürülüb, elektrik enerjisinin verilməsində heç bir fasilələr yaranmayacaq:

“Stansiyanın fəaliyyətində hər şey qaydasındadır. Yanğın stansiyanın ərazisində yox, sadəcə, yaxınlığında baş verib. Hazırda həmin ərazilərdə elektrik enerjisinin verilməsində heç bir problem yoxdur”.



Femida.az

Açar sözlər: #Bakı   #yanğın   #FHN   #Azərişıq   #elektrik   #Xəzər   #stansiya  

Oxunub: 1116