Ermənistanın dövlət borcu artıb – Rəsmi İrəvan


20:44     13 Noyabr 2018 18_11_13_1542122644.jpg

Ermənistanın 2019-cu il büdcəsində maliyyə siyasətinin başlıca prinsipi ölkənin xarici borcunun sabitləşdirilməsi olacaq. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri səlahiyyətlərini icra edən Atom Cancuqazyan parlamentin növbəti iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanın xarici borcları ölkənin ümumi daxili məhsulunun 50 faizindən çoxunu təşkil edir və getdikcə kritik həddə yaxınlaşır. 2019-cu ilin sonunadək isə Ermənistanın dövlət borcu 7 milyard dollar həddinə daha da yaxınlaşaraq, 6,95 milyard ABŞ dolları təşkil edəcək.

Bu səbəbdən də, Cancuqazyan hökumətin dövlət borcunun sabitləşməsi və azaldılmasına yönələn siyasət aparmasının zəruri olduğunu vurğulayıb.

Açar sözlər:

Oxunub: 438