Gecə saatlarında gözlənilən hava şəraiti


20:39     13 Noyabr 2018 18_11_13_1542123609.jpg

Bu gün gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 7-9 dərəcə isti təşkil edəcək.

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 5-9 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Açar sözlər:

Oxunub: 417