"Asiya NATO-su yaradaq" - Nazarbayevdən təklif


21:38     13 Noyabr 2018 nazarbayev77.jpg

Astanada Qazaxıstanın Birinci Prezidenti Fondunun və Dünya İqtisadiyyat və Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə “Astana Klubu”nun IV görüşü keçirilir.

Femida.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Nursultan Nazarbayev beynəlxalq problemlərin müzakirəsində bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı 2020-ci ildə Astanada Ümumdünya Ticarət Təşkilatı üzvlərinin toplantısının keçiriləcəyini söyləyib. O, Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını və bunun üçün Astanada 2020-ci ildə təhlükəsizlik və əməkdaşlıq mövzusunda konfransın keçirilməsini də təklif edib. Prezidentin sözlərinə görə, bu istiqamətdə danışıqlar 2019-cu ildən başlanmalıdır.

Xatırladaq ki, “Astana Klubu” aparıcı ekspertləri, siyasətçiləri və diplomatları bir araya toplayan beynəlxalq siyasi platformadır. Builki görüşdə 33 ölkədən 50-dən çox nümayəndə iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 348


Oxşar xəbərlər