Şabranda piyadanı maşın vurub öldürdü


22:20     13 Noyabr 2018 2018/11/7E78856A-5A05-4ECD-BCC3-DAD47691D2A9_1542133548.jpeg

Şabran rayonunun Ağalıq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, Şabran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında tibb müəssisəsinə "təcili yardım" maşını ilə şəxsiyyəti məlum olmayan kişi meyiti daxil olub.

Onun avtomobillə vurulduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Bundan əvvəl Ağstafada avtomobil piyadanı vuraraq öldürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 393