2 otaqlı mənzildə yanğın olub


08:55     14 Noyabr 2018 yangin_38673636.jpg

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 238