UEFA "Qarabağ"a intizam işi açdı


09:45     14 Noyabr 2018 uefa_logo_new_121213_1496926072.jpg


UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada noyabrın 8-də "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının IV tur matçından sonra hər iki kluba qarşı intizam araşdırmalarına başlayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iş eyni maddə - "Meydana əşyaların atılması və fişənglərin yandırılması" üzrə açılıb. Məsələyə dekabrın 13-də baxılacaq. Bu isə o deməkdir ki, İngiltərə "Arsenal"ı ilə noyabrın 29-da Poltavadakı Aleksey Butovski adına stadionda keçirəcəyi V tur qarşılaşmasını "Vorskla" azarkeşlərinin izləmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. Görüş 8 dəqiqə sonra bərpa olunub. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 424