Gömrükdə külli miqdarda dərman aşkarlandı


10:13     14 Noyabr 2018 2018/11/46192-1542175015_1542175947.jpg

Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş, cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gömrük   #Maşın   #Dərman  

Oxunub: 284