Xəzərdə qəfəs tipli balıq fermaları yaradıla bilər
10:21 14 Noyabr 2018
Xəzər dənizində qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır.
Femida.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundov bildirib ki, dənizdə qəfəslərin quraşdırılması üçün hüquqi baza kifayət qədər təkmil deyil.
İnstitut direktorunun sözlərinə görə, hazırda qanunvericilikdəki boşluqlar qəfəs tipli balıq təsərrüfatları yaratmağa imkan vermir. Dənizdə qəfəslərin qurulması üçün dövlət qurumlarından icazə alınmalıdır: “Amma başqa ölkələrdə sahilyanı dəniz akvatoriyalarından istifadə ilə bağlı qanunlar olur. Akvakulturanın inkişaf proqramına biz bu məsələni daxil edəcəyik və qanunvericilikdəki o boşluqları götürəcəyik. Çünki başa düşürük ki, Azərbaycanda akvakulturanın inkişafı daha çox marikultura, yəni dəniz vasitəsilə olacaq. Dənizdə qəfəslərin yaradılması üçün ilk növbədə hüquqi baza olmalıdır”.
M.Axundov hesab edir ki, dənizdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün Türkiyənin təcrübəsindən istifadə etmək olar: “Türkiyə Qara dəniz, Egey, Aralıq, Mərmərə dənizlərində qəfəs quraşdırıb. Onların 4 dənizdə qəfəs tipli marikultura fermaları mövcuddur. Biz o təcrübədən istifadə etməliyik”.
Qeyd edək ki, “Akvakulturanın həyata keçirilməsi” qaydasına əsasən, sənaye akvakulturasının, o cümlədən marikulturanın həyata keçirilməsi üçün Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində, təbii balıqçılıq obyektləri olan çaylarda, göllərdə, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınlarında, sututarlarda yerləşdirilmiş balıqçılıq qəfəslərindən, akvariumlardan, xüsusi üzmə qurğularından, qapalı su təchizatı qurğularından və digər yerlərdən istifadə edilə bilər.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb
- Rusiya bu gün Kiyevi Xəzər dənizindən ən bahalı raketi ilə atəşə tutub
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb - FAKTİKİ HAVA
- Dağlara qar yağıb, Xəzərdə dalğanın hündürlüyü 5.2 metrə çatıb
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub