Sürücülərə XƏBƏRDARLIQ! Bir gününüz qaldı
10:52 14 Noyabr 2018
Sabah, noyabrın 15-də, ölkə ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə pərdə və jalüzün (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəsi üçün verilmiş icazənin müddəti başa çatır.
Femida.az bildirir ki, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Ümumi texniki şərtlər" dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması müəyyənləşdirilib.
Noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Bu tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.
Femida.az
Oxunub: 1025
Oxşar xəbərlər
- Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
- Sürücülərə qarşı dələduzluq edən 18 yaşlı qız tutuldu
- Sürücülərə 40 manatlıq CƏRİMƏ XƏBƏRDARLIĞI
- Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişib
- Sürücülərə müraciət
- Sürücülərə xəbərdarlıq: Bu yerlərdə maşın saxlamayın!
- Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq
- Sürücülərə xəbərdarlıq olunur
- Sürücülərə xəbərdarlıq olunur - Burdan keçməyin!
- Sürücülərə yeni cəzalar gəlir: bunu edənlər 50 manat CƏRİMƏLƏNƏCƏK