5 nəfərin öldüyü yanğınla bağlı - Nazirlikdən açıqlama


12:16     14 Noyabr 2018 publika.az13913101651377750985_fhn-011.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsən rayonunun Quşçu qəsəbəsində beş nəfərin ölümünə səbəb olan yanğınla bağlı məlumat yayıb.

FHN-dən Femida.az-a bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli üçotaqlı ev və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər: FHNYanğın  

Oxunub: 486


Oxşar xəbərlər