Gündüz saatlarında hava yağmursuz olacaq


12:33     14 Noyabr 2018 payiz.jpg

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.


Femida.az

Açar sözlər:

Oxunub: 289


Oxşar xəbərlər