Ermənistan Müdafiə Nazirliyinin polkovnikinə sui-qəsd oldu


12:55     14 Noyabr 2018 2018/11/948d214a8d5f7609877699f060050fa9_1542185865.jpg

Ermənistan Müdafiə Nazirliyinin 53 yaşlı polkovniki D.Karenə məxsus avtomobil güllələnib.


Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, insident gecə saat 03:10 radələrində İrəvanda baş verib.
Belə ki, naməlum şəxslər polkovnik Karenin yaşadığı evin həyətənə gələrək ona məxsus “Nissan Pathfinder” markalı avtomobili güllə atəşinə tutublar. Nəticədə avtomobililn şüşələri, qapıları və yük yerinə ciddi ziyan dəyib. İnsidentin sui-qəsd niyyətilə həyata keçirildiyi deyilir.

Əmlakına hücumla bağlı erməni polkovnik Nor Nork polis bölməsinə məlumat verib. Faktla bağlı cinayət işi açılıb, hücum edənlərin kimlikləri müəyyənləşdirilir.

Qeyd edək ki, D.Karen həm də Ermənistan Müdafiə Nazirliyi idarəsinin rəis müavinidir.

Açar sözlər:

Oxunub: 728