Binalara istilik verilməsinə başlanıldı


12:54     14 Noyabr 2018 atapleniya.jpg

Noyabrın 12-dən etibarən “Azəristilik” ASC tərəfindən qurumun tabeliyində olan bütün obyektlərə istiliyin verilməsinə başlanılıb.


“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Femida.az-a bildirib ki, həmin vaxtdan etibarən ilkin sınaq işlərinə start verilib.

“Həmişə noyabrın 15-dən etibarən istiliyin verilməsinə başlanılırdı. Həm havaların soyuq keçməsi, həm də iri qazanxanalarda tam rejimə çıxmaq müəyyən zaman tələb etdiyindən bütün qazanxanaların qrafikə uyğun işə salınması ilə bağlı əvvəlcədən göstəriş verilib. Noyabrın 15-ə qədər bütün qazanxanalar işə düşməlidir. Artıq 80 faiz qazanxana işə düşüb və binalara istilik verilir. Günün sonuna qədər bütün qazanxanalar işə düşəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 477


Oxşar xəbərlər