İdmançının evindən seyf oğurlayanlara hökm oxundu

İdmançının evindən seyf oğurlayanlara hökm oxundu


13:11     14 Noyabr 2018 18_11_14_1542186733.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovaya hökm oxunub.

Femida.az -ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum edilib. N.Fərəcovaya isə şərti cəza verilib, o istintaq zamanı da həbs edilmədiyi üçün sərbəst qalıb.

N. Fərəcovanın ailəsi idmançıya dəyən ziyanı tam ödəyib.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Açar sözlər:

Oxunub: 155