Parlament dövlət büdcəsini birinci oxunuşda qəbul etdi


13:33     14 Noyabr 2018 milli-meclis.jpg


Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2019-cu ilin dövlət büdcəsi layiəsi birinci oxunuşda qəbul edilib.

Femida.az xəbər verir ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7mln. manat proqnozlaşdırlır.

II oxunuş noyabrın 23-də olacaq.

Femida.az

Açar sözlər: #parlament   #milli_məclis  

Oxunub: 335