İran vətəndaşları gömrükdə narkotiklə tutuldu
13:51 14 Noyabr 2018
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının vətəndaşları Safarıan Hadı Safıollah və Teımourı Nıat Payam Nematollah Astara gömrük postunda saxlanılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən xəbərə görə, ayrı-ayrılıqda sorğu-sual zamanı İran İslam Respublikasından ölkəmizə gələn həmin vətəndaşlar üzərilərində və onlara məxsus əl yüklərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildiriblər.
Yoxlama zamanı vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün onlar, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, Safarıan Hadı Safıollahdan aşkar edilən 3 ədəd bükümdə 189 qram, Teımourı Nıat Payam Nematollahdan aşkar edilən 3 ədəd bükümdə isə 216 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 357
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək