Bakılı İsraildə mer oldu


14:19     14 Noyabr 2018 israil_bayragi_0000.jpg


Vaxtilə Azərbaycanda yaşamış Arkadi Pomeranets İsrailin Maalot-Tarşiha şəhərinin meri seçilib.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, İsraildə bələdiyyə seçkilərinin ikinci turu başa çatıb.

Azərbaycandan İsrailə köçmüş A.Pomeranets seçicilərin 64,4 faiz səsini yığaraq son 44 il ərzində şəhərə rəhbrəlik etmiş Şlomo Buxbutanı qabaqlayıb.

Qeyd edək ki, Arkadi Pomeranets Bakıda anadan olub və orta məktəbi bitirib. O, İsrail mətbuatına müsahibəsində mer seçildikdən sonra məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini deyib.

Açar sözlər:

Oxunub: 614


Oxşar xəbərlər