Gürcüstana 490 mindən çox azərbaycanlı gedib


15:19     14 Noyabr 2018 gurcustan%20azerbaycanli.jpg

Bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 494,5 min nəfər təşkil edib.


Femida.az report-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İyul-sentyabr aylarında Azərbaycan vətəndaşları Gürcüstana səfər edən əcnəbilər arasında Rusiyadan (582,7 min nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 439,8 min nəfərlə Ermənistan qərarlaşıb.

Hesabat dövründə Gürcüstana qeyri-rezidnet səyahətçilər 3,2 mln. dəfə ziyarət edib ki, bunun da 2,6 milyonu əcnəbi ziyarətçilərin payına düşüb. Bu göstərici illik müqayisədə 9,2% çoxdur.

Əcnəbi ziyarətçilərin sayı 2,2 mln. nəfər (+10,2%) təşkil edib ki, onların da 1,6 mln. nəfəri turist olub.

Qonşu ölkəyə səfər edənlərin 45%-ni 31-50, 29%-ni 15-30, 24%-ni 51-70, 2%-ni isə 71+ yaş qrupuna daxil şəxslər təşkil edib. Əcnəbi ziyarətçilərin 45,3%-i qadın, 54,7%-i isə kişi olub.

Gürcüstana səyahət etmiş xarici vətəndaşların 50,8%-i bu ölkəyə istirahət, 16,7%-i digər ölkəyə tranzit, 15,7%-i dost və ya qohuma baş çəkmək, 7,7%-i biznes, 4,5%-i alış-veriş, 2,2%-i müalicə və 2,4%-i digər məqsədlə baş çəkib.

Qonşu ölkəyə səfər etmiş əcnəbilər arasında ən populyar istiqamətlər paytaxt Tbilisi (32%) və Acarıstan Muxtar Respublikası (27%) olub.

Gürcüstanda olan əcnəbi ziyarətçilərin 55%-i səfərdən çox məmnun, 33%-i isə məmnun qalıb.

Cari ilin III rübündə Gürcüstana səfər edən əcnəbilərin bir səfər üçün xərclərinin böyük hissəsi yerləşməyə (303,9 lari), istirahət, mədəni və idman xidmətlərinə (221,7 lari) və qida və içkilərə (355,5 lari) sərf olunub. Bir səfər üçün orta xərclər isə illik müqayisədə 25% artaraq 1,179 lari (435 dollar) təşkil edib.

İyul-sentyabr aylarında əcnəbi ziyarətçilər Gürcüstanda ümumilikdə, 3,1 mlrd. lari (1,2 mlrd. dollar) xərcləyiblər ki, bu məbləğdə illik müqayisədə 36,5% artım qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 532