Liberman istefa verdi

Liberman istefa verdi


15:38     14 Noyabr 2018 libermannnnn.jpg

İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.


Femida.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Libermanın özü rəhbəri olduğu "Evimiz İsrail" partiyasının xüsusi iclasında bəyan edib.

Liberman bildirib ki, baş nazir Benyamin Netanyahunun Nazirlər Kabinetini tərk edir. O, bu günlərdə Qəzza zonasında baş verən irimiqyaslı toqquşmadan sonra ötən gün Misirin vasitəçiliyi ilə "Həmas"la atəşkəs barədə əldə olunan razılığa etiraz edərək bu addımı atıb. Libermanın sözlərinə görə, bu, terrorçulara təslim olmaqdır. Onun fikrincə, İsrail hökuməti atəşkəs barədə razılığı rədd etməli və ordu "Həmas"ın Qəzzadakı mövqelərinə ağır zərbələr vurmalıdır.

Partiya iclasındakı çıxışında o həmçinin, mümkün qədər tez bir zamanda erkən parlament seçkiləri keçirməyə çağırıb.

Onun bu qərarı verməsində Qəzzada atəşkəsin ciddi şəkildə pozulması nəticəsində İsrail ordusunun yüksək rütbəli zabitinin ölümünün də rol oynadığı istisna edilmir. Liberman yazılı şəkildə istefa məktubunu Netanyahuya təqdim etdikdən 48 saat sonra onun istefa qərarı qüvvəyə minəcək.

Qeyd olunub ki, Yəhudi Evi Partiyası hazırda ölkənin təhsil naziri postunu tutan Naftali Bennetin İsrailin müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır. Belə ki, partiya N.Bennetin müdafiə naziri təyin edilməsi məsələsini hökumətin mövcud olması üçün şərt kimi qoyub.



Femida.az

Açar sözlər:

Oxunub: 310