Komitə sədri 3 xanım məzuna iş verdi


16:10     14 Noyabr 2018 2018/09/sefer-mehdiyev1_1536736794.jpg

Dövlət Gömrük Komitəsi Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.



Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədənkənar işə qəbul ediliblər.

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

Femida.az

Açar sözlər:

Oxunub: 477