Dilənmədiyi üçün evdən qovulan uşaqla bağlı AÇIQLAMA


17:56     14 Noyabr 2018 2018/11/usaq-(3)_1542204270.jpg

Dilənmədiyi üçün atası tərəfindən döyülərək evdən qovulduğu deyilən azyaşlı Vahid Həsənovun valideynlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.


Binəqədi Rayon İcra Hakimiyyətindən Femida.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan Həsənov Vahid Rövşən oğlu 06.11.2018-ci il tarixdə rayon polis orqanının əməkdaşları tərəfindən sahibsiz aşkarlanmış və ilkin olaraq Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Daha sonra 07.11.2018-ci il tarixdə Həsənov Vahid Rövşən oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinə yerləşdirilib. Prosedura uyğun olaraq, uşaq tibbi müayinələrdən keçdikdən sonra müvafiq dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.

Yetkinlik yaşına çatmayan Vahid Həsənovun valideynlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.


Femida.az

Açar sözlər:

Oxunub: 1171


Oxşar xəbərlər