Dövlət Gerbinin təsviri təsdiqləndi
19:53 14 Noyabr 2018
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb.
Femida.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri” təsdiq edilib.
Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri
Maddə 1. Ümumi təsvir
1.1. Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.
1.2. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.
Maddə 2. Rəngli, rəngsiz və sxematik təsvir
2.1. Azərbaycan Respublikasının Dövlət Gerbi, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.
2.2. Azərbaycan Respublikası Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.
Femida.az
Oxunub: 2530
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib