Qusarda toyda qətl törədən şəxsə 10,6 il cəza verildi

Qusarda toyda qətl törədən şəxsə 10,6 il cəza verildi


20:41     14 Noyabr 2018 toy5.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Mirzəbəyov 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda rayon sakini S.Mirzəbəyov Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirovu bıçaqla qətlə yetirib.

Hadisə rayonda keçirilən toy məclisində baş verib.

S.Mirzəbəyov Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunaraq saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 257