Mir Cəlal Paşayevin ev müzeyi ziyarət edilib
21:17 14 Noyabr 2018
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun bir qrup ziyalı və məktəbliləri yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin ev müzeyini - "Ədibin Evi"ni ziyarət ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətindən Femida.az - a verilən məlumata görə, tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və ziyarətçilər yaradılan şəraitlə yaxından tanış olublar.
Mir Cəlal Paşayevin elmi-ədəbi irsi ilə qonaqları tanış edən "Ədibin Evi"nin nümayəndəsi Elnur İmanbəyli bu mədəniyyət ocağının Milli Arxiv İdarəsi, Milli Kitabxana ilə sıx əlaqə yaradaraq Mir Cəlalın səs yazılarını, əlyazmalarını bir araya gətirərək ədibin yaradıcılığının araşdırılmasını oxucular və tədqiqatçılar üçün əlçatan etməyə çalışdığını xüsusilə vurğulamışdır. Mir Cəlal Paşayevin yaradıcılığına həsr edilmiş kinofilmin nümayişindən sonra, ədəbiyyatşünaslığın incisi hesab edilən bir çox əsərlərin qələmə alındığını bu məkanla tanış olan qonaqlar yazıçının yaradıcılığı ilə bağlı onları maraqlandıran sulları səsləndiriblər.
Femida.az
Oxunub: 683
Oxşar xəbərlər
- Mirzoyan iranlı həmkarı ilə görüşüb
- Mirşahin Ağayev Şurnuxdan reportaj hazırladı - VİDEO
- Mirşahin Ağayev koronavirusa yoluxdu
- Mirvari Fətəliyeva koronavirusa yoluxdu
- Mirası hansı müddətə qəbul və ya ondan intina etmək olar? - HÜQUQİ CAVAB
- Mirzə Cəlilin nəticəsi ilk dəfə Azərbaycana gəldi
- Mirşahin Milli Şuranın generalının evli xanımla intim münasibətini ifşa etdi - VİDEO
- Mirziyoyev İlham Əliyevi ölkəsinə dəvət etdi
- Mirhəsən Seyidov Türk Şurasının Gənclər Platformasının sədri seçilib
- Mirşahin Ağayevə medal verildi - FOTO