Şeyxülislam ordenlə təltif edildi


04:30     15 May 2015 513790jpeg.jpg

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə RF İnquşetiya Respublikasının Maqas şəhərində keçirilən “Dində mötədillik – sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur” mövzusunda Beynəlxalq İlahiyyat Konfransında çıxış edib.


QMİ-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, konfransda Vətəndaş vəzifələri və Vətənə məhəbbət haqqında İnquşetiya İlahiyyat Bəyannaməsi və digər yekun sənədlər qəbul edilib.

Konfransın gedişatında Yevkurov Allahşükür Paşazadəni “Fəal ictimai-siyasi və dini-maarifçi fəaliyyətinə görə” RF İnquşetiya Respublikasının “Xidmətlərə görə” ordeni ilə təltif edib.

Açar sözlər:

Oxunub: 620