Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb


22:39     14 Noyabr 2018 18_11_14_1542219770.jpg

ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 50 nəfərə çatıb.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə departamenti məlumat yayıb.

Bildirilib ki, hazırda 52,6 min hektar sahəyə yayılan yanğın 8 mindən çox evi və tikilini külə döndərib. Təbii fəlakətlə mübarizəyə 5,6 min nəfər cəlb olunub.

Açar sözlər:

Oxunub: 520