Azərbaycanda mühüm konfrans: Dünyanın hüquq müdafiəçiləri Bakıdadır - FOTO


09:26     15 Noyabr 2018 2018/11/46441090_338238153646536_803893697421770752_n_1542263797.jpg

Bu gün Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Vəkilliyin rolu və müstəqilliyi: müqayisəli perspektivlər mözsusunda beynəlxalq tədbir işinə başlayıb.

Femida.az xəbər verir ki, tədbirdə 16 xarici ölkədən nümayəndələr, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə vəkillər kollegiyalarının rəhbərləri, Niderland Krallığı, Birləşmiş Krallıq, Fransa, İsveçrə , Qazaxıstan, Ukrayna, Özbəkistan vəkillər kollegiyalarının üzvləri, Avropa Şurası, Avropa İttifaqı, Hüquqşünasların Beynəlxalq Komissiyası,Birləşmiş Millətlər Təşkilatı, Avropa Vəkillər Ittifaqı və Hüquq Cəmiyyətləri və digər məhkəmələrin hakimləri, Prezident Administrasiyasının digər dövlət orqanları və qeyri-hökümət təşkilatların nümayəndələri, Azərbaycan Vəkillər Kollegiyasının 100-dən artıq üzvü, yerli və beynəlxalq ekspertlər iştirak edir.



Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Bakı   #Konfrans   #Vəkillər-Kollegiyası   #ABŞ   #İsveçrə   #Türkiyə   #Ukrayna   #Özbəkistan  

Oxunub: 793