Sürücülərə VACİB XƏBƏRDARLIQ: bu gündən 150 manatlıq cərimələrə başlayır


09:41     15 Noyabr 2018 2018/11/jaluz_1542261150.jpg

Bu gündən etibarən avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatır.


Femida.az xəbər verir ki, may ayının 1-dən noyabrın 15-dək avtomobilin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilib.

Müddət başa çatdıqdan sonra jalüzlərdən istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 150 manat məbləğində cərimə olunacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1487