Azərbaycanda vəkillərin sayının artırılmasını yüksək qiymətləndirirəm - Kristof Poirel

Azərbaycanda vəkillərin sayının artırılmasını yüksək qiymətləndirirəm - Kristof Poirel


10:06     15 Noyabr 2018 2018/11/46404999_2249760601902797_7419543569909678080_n_1542262392.jpg

Xəbər verdiyimiz kimi Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda Azərbaycan Vəkillər Kollegiyası (VK), Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans işinə başlayıb.


Femida.az xəbər verir ki, Avropa Şurasının İnsan hüquqları üzrə direktor Cənab Kristof Poirel çıxışında Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Azər Cəfərova və Kollegiyanın sədrinə belə bir tədbirin təşkilinə görə təşəkkür edib.

Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı aparılan tədbirləri yüksək qiymətləndirən Kristof Poirel, işlərin davam etdirilməsinin vacibliyini söyləyib. O, bu işdə Avropa Şurasının hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib. Kristof Poirel Avropa Şurasının qoyduğu standartlara hər bir üzv ölkənin əməl etməsinin əsas prinsiplərdən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda Kristof Poirel Kollegiyanın sədrinə təşəkkür edib.

Mircəlal Məcidli

Femida.az

Açar sözlər:

Oxunub: 207