Həbs edilən XİN əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
10:12 15 Noyabr 2018
Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az-ın Report-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.
Həmçinin bu şəxslərlə birgə Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlu da həbs edilib. Həmin şəxslərin cinayət işi ayrıca icraata götürülüb və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 433
Oxşar xəbərlər
- Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub
- Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb
- Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb
- Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilib, əmlakının üzərindən həbs götürülüb
- Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib
- Həbsdə olan sabiq icra başçısı kassasiya şikayəti verib
- Həbsdə olan partiya sədrinin apellyasiya şikayəti icraata verilib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək
- Həbsdə olan partiya sədri apellyasiya şikayəti verib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək