“Qəbələ” futbol klubunun məşqçisi qəzada öldü


10:27     15 Noyabr 2018 18_11_15_1542263374.jpg


"Qəbələ" futbol akademiyasının məşqçisi Teymur Musayev vəfat edib.

Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, avtomobil qəzasında həlak olub. T. Musayev ötən gecə Qəbələ şəhərində dostunun maşını ilə qəzaya düşüb.

Qeyd edək ki, hadisə ilə bağlı FHN də məlumat yayıb. Qəbələ şəhərində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar.

Femida.az

Açar sözlər: #Qəbələ   #futbol   #məşqçi  

Oxunub: 552