"Azərbaycanın təcrübəsindən bəhrələnirik" - Saman Zarifi


10:16     15 Noyabr 2018 2018/11/46361139_591404327947005_625309163412520960_n_1542263741.jpg

"Sevinirəm ki, Azərbaycanla fəaliyyətimizi qura bilmişik."

Femida.az xəbər verir ki, bu sözləri Hüquqşünasların Beynəlxalq Komissiyasının (ICJ) baş katibi Saman Zarifi Bakıda keçirilən “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda Azərbaycan Vəkillər Kollegiyası (VK), Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyasının təşkilatçılığı ilə beynəlxalq konfransında çıxışı zamanı deyib.

"Biz 2014-cü ildən Azərbaycandayıq. Azərbaycanda olan təcrübələrdən biz də bəhrələnirik və bundan işimizdə istifadə edirik. Bizim işimiz siyasətə əsaslanmır. Bu bizi digər qurumlardan fərqləndirir. Azərbaycan Vəkillər Kollegiyası müstəqil olmalıdır. Mən bunu bu gün də gördüm.Buna baxmayaraq Vəkillər Kollegiyası ilə dövlət qurumlarının əməkdaşlığı vacibdir. Bizim cənab Bağırovla açıq müzakirələrimiz oldu. Biz bəzi məqamlarda razı deyildik. Amma Cənab Bağırovla görüşümüzdə müzakirələr apardıq və öz fikirlərimizi bildirdik. Azərbaycanda vəkillərin sayının azlığı məsələsi var. Amma bu problemin aradan qaldırılması üçün Kollegiya təərfindən işlər görülür. Ümid edirəm ki,yaxın gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq".

Mircəlal Məcidli
Foto: Şahin Sərdarov

Femida.az

Açar sözlər:

Oxunub: 752