"Vəkilliyin müstəqilliyində dövlətin özü maraqlı olmalıdır" - Anar Bağırov


10:39     15 Noyabr 2018 2018/11/46286129_1171162893051790_9079122970353336320_n_1542264871.jpg

"Tədbirin adında yalnız “vəkillərin müstəqilliyi” ifadəsi istifadə olunsa da, lakin hüquq nəzəriyyəsindən bizlərə məlumdur ki, müstəqillik yalnız müəyyən peşə daşıyıcılarının müstəqilliyini deyil, eyni zamanda özündə institusional müstəqilliyi ehtiva edir".



Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.


"Əgər biz bu gün vəkilliyin müstəqilliyindən danışırıqsa, unutmamalıyıq ki, burada həm qurum olaraq vəkillərin peşəkar assosasiyalarının müstəqilliyini, həm də fərdən vəkillərin peşə, prosessual və digər müstəqilliklərini tondem formasında fikir süzgəcimizdən keçirməliyik. İcazənizlə, maraqlı bir məsələyə toxunmaq istərdim. Bunu bugünkü tədbirimizə münasibətdə xoş bir təsadüf də adlandırmaq olar. Birmənalıdır ki, bu gün istənilən ölkədə olduğu kimi, bizim də ölkəmizdə vəkilliyin müstəqilliyinin təşəkkül tapması yalnız Vəkillər Kollegiyasının əlində olan məsələ deyil. Vəkilliyin müstəqilliyi məsələsinə kompleks yanaşılmalı və bu müstəqillikdə dövlətin özü bilavasitə maraqlı olmalıdır. Əslində normal, demokratik və tarazlı dövlət idarəçiliyi, habelə cəmiyyətdə sivil hüquqi münasibətlərin bərqərar olmasında vəkil peşəsinin rolu əvəzsizdir. Bu mənada vəkillik, ictimai münasibətlərin daha təkmil fazaya keçidində və onun təkamülündə faydalı institutdur, hətta antibiotikdir desəm, yanılmaram".


Onun fikrincə, Bu gün Azərbaycan vəkilliyinin güclənməsi ilə həm əhali – keyfiyyətli hüquqi yarımda çatımlılıq baxımından, həm dövlət – öz konstitusion agendasının realizasiyası baxımından, həm də korporasiya olaraq vəkillər kollegiyası vəkil peşəsinin güclənməsindən öz qazancını əldə edir.

"Bu gün Vəkillər Kollegiyası əlindən gələni edir ki, həm vəkillərin öz aralarında, həm vəkillərlə Vəkillər Kollegiyası arasında, həm də vəkillərlə üçüncü tərəflər arasında yaranan münasibətlər daha peşəkar və korporativləşmiş olsun. Unutmayaq ki, bu gün vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi işində - Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində iştirak edir".

A.Bağırovun sözlərinə görə, öz əhəmiyyəti baxımından bu həcmdə və miqyasda tədbir Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tarixində ilk dəfədir keçirilir.

"Bu səbəbdən bugünkü tədbirin həm məzmun, həm də tədbir iştirakçılarının gözlənən fəallıqları baxımından yaddaqalan olacağı şübhəsizdir".

Mircəlal Məcidli

Femida.az

Açar sözlər:

Oxunub: 1057


Oxşar xəbərlər