Anar Bağırov: " Azərbaycanda bir nəfər də olsun, vəkil cinayət məsuliyyətinə cəlb olunmayıb "


10:54     15 Noyabr 2018 2018/11/46351790_2207477496166768_111973727301795840_n_1542265037.jpg

"Azərbaycanda bir nəfər də olsun, vəkil cinayət məsuliyyətinə cəlb olunmayıb və həbs edilməyib".


Femida.az xəbər verir ki, bunu Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

"Bu, bizim qonşu ölkələr üçün də nümunəvi bir addım olmalıdır. Ümid edirik ki, qonşu ölkələr də bizim təcrübələrdən istifadə edəcək".

Anar Bağırov daha sonra qeyd edib ki, vəkilliyin fəaliyyətinin səviyyəsinin artırılması məqsədi ilə vəkillərə dövlət tərəfindən saat hesabı ödənilən məbləğ artırılıb. Sədr bu məbləğin qonşu ölkələrlə müqayisədə daha yüksək olduğunu da qeyd edib.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1227