AZƏRTAC-ın işçilərinin sayı artırılıb


11:02     15 Noyabr 2018 2018/11/azertag_1542265408.jpg

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ştat sayı artırılıb.



Femida.az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli qərarına dəyişiklik edib.

Sənədə əsasən, AZƏRTAC-ın işçilərinin ştat sayının son həddi 221-dən 222-yə qaldırılıb.

Qərarla Azərbaycan Dövlət İnformasiya Agentliyi və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 485