Xəzər polisi marifləndirici tədbir keçirdi


11:08     15 Noyabr 2018 2018/11/2_3084531200.jpg

Ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 206 saylı tam orta məktəbin şagird və müəllim kollektivinin iştrakı ilə Xəzər RPİ-nin rəhbərliyi tərəfindən təşkil olunmuş “Narkomaniya sosial bəladır”, "Dini Radikalizm və ekstremizm" və "Sosial şəbəkələrdə gələcəyimiz olan övladlarımızın həyatı üçün təhlükəli olan oyunlardan uzaq olmaları" mövzusunda növbəti geniş profilaktiki və marifləndirici tədbir keçirilib.

Femida.az xəbər verir ki, tədbirdə Xəzər Rayon Polis idarəsinin rəisi polis polkovniki Azər Muradov çıxışında yetkinlik yaşına çatmayanlar arasında hüquqa zidd əməllərin, cəmiyyətimizdə zəif də olsa artan dinamika və inkişaf edən narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını və bu tip marifləndirici tədbirlərin yeniyetmələrin təlim tərbiyəsində xüsusi əhəmiyyəti oldugunu qeyd edib.

Həmçinin tədbirdə Xəzər RPİ-nin Veteranlar Şurasının sədri polis polkovniki İsmayıl Qasımov,DİN-in Polis Akademiyasının müəllimi polis leytenantı Ata Vəliyev,Qafqaz Müsəlmanları İdarəsinin qazisi,Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadə, İcra Hakimiyyətinin nümayəndəsi Ofeliya Məmmədzadə, 14 saylı BŞX-nın şöbə müdiri,həkim Validə Əliyeva, Xəzər Rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aslanova Təranə və Əzizova Əfsanə müəllimə şagirdlərin qarşısında çıxış edərək uşaqların vətənimizə, dövlətimizə sadiq olmağı, ölkəmizin milli qəhrəmanlarını nümunə göstərməklə vətənpərvərlik ruhunda böyümələrini gənclərimizə tövsiyyə ediblər.

Sonra Xəzər RPİ-nin YYÇPİTB-nin əməkdaşları və müəllim kollektivi tərəfindən sosial şəbəkələrdə azyaşlılar tərəfindən təhlükəli oyunlardan qorunmaq üçün onların kompyuter və telefonlarına valideynlər tərəfindən nəzarətin gücləndirilməsi tövsiyyə olunub.

Tədbirdə 206 saylı tam orta məktəbin şagirdləri ilə yanaşı onların valideyn və müəllim kollektivi də iştirak edib. Eləcədə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərdəkən qəsəbə ağsaqqalları və ictimayət nümayəndələri dəvət olunublar. Onlar da bu cür tədbirlərin mütəmadi keçirilməsinə dəstək olaraq öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Xəzər Rayon Polis İdarəsinin rəisi tərəfindən tədbirdə fəal iştirak edən və antinarkotik mövzusunda çəkilmiş rəsimlərin sərgisinə görə şagirdlərə fəxri fərmanlar təqdim olunub.









Femida.az

Açar sözlər: #Xəzər   #polis   #DİN   #məktəb  

Oxunub: 1851