Məktəblərdə dərslər dayandırılır

Məktəblərdə dərslər dayandırılır


11:13     15 Noyabr 2018 18_11_15_1542266042.jpg


Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Açar sözlər: #məktəb   #dərs   #şagird   #tətil   #təhsil  

Oxunub: 221