Milli Məclisdə büdcə müzakirələri sona çatır

Milli Məclisdə büdcə müzakirələri sona çatır


11:32     15 Noyabr 2018 1442822061_milli-meclis.jpg

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.



Femida.az bildirir ki, ümumilikdə noyabrın 13, 14 və 15-də keçirilən iclasların gündəliyinə 11 məsələ daxildir.

Belə ki, iclaslarda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik, "Notariat haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılır.

Femida.az

Açar sözlər:

Oxunub: 156