Yol nişanlarını oğurlayan şəxs tapıldı


11:50     15 Noyabr 2018 2018/11/nisan_1542269008.jpg

Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələri oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 497